Göyçayda Vətən Müharibəsi şəhidinin adını daşıyan körpü salınıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Birinci Ərəb-Cəbirli kəndində salınan “Xəyal körpüsü”nə İkinci Qarabağ Müharibəsi şəhidi Xəyal Məmmədovun adı verilib.
Rayon sakinlərinin təşəbbüsü ilə tikilən körpü şəhidimizin doğum gününə ithaf edilib.
Körpünün hündürlüyü 4,5 metr, uzunluğu 11 metr, eni isə 7 metrdir.
Qeyd edək ki, Xəyal Məmmədov 13 fevral 1989-cu ildə rayonun Birinci Ərəb-Cəbirli kəndində doğulub.
Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yola düşüb. Bundan sonra isə bütün həyatını hərbiyə bağlayıb. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan şəhidimiz sentyabrın 27-dən başlayan genişmiqyaslı əks-həmlə əməliyyatlarına qatılıb.
O, oktyabrın 2-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid oktyabrın 3-də doğulduğu kənddə torpağa tapşırılıb.
Tural Hüseynli









Son xəbərlər
Son Xəbərlər