Göyçayda taxıl sahələri yanır - Fotolar

goycayda-taxil-saheleri-yanir
Oxunma sayı: 1249

Göyçayda otlaq və biçilmiş taxıl sahələri yanır.

“Qafqazinfo” xəbər verir ki, günorta saatlarında Göyçayda biçilmiş və otlaq sahələrinə od düşüb. Alov hazırda rayonun Bığır, Qarayazı və Alxasava kənd ərazisində davam edir. Yanğının söndürülməsi üçün əraziyə FHN-nın Göyçay, Ucar, Ağsu və Ismayıllı Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırkı hava şəraiti küləkli olduğu üçün yanğının söndürülməsində çətinliklər var. Əsas təhlükə Mingəçevirdən Bakıya gedən magistral elektirik xətləri  üçün olduğundan, yanğının söndürülməsi üçün işlər sözügedən xətlərin yaxınlığında aparılır.

Rəşad Türkoğlu