Göyçayda toy mərasimində dörd nəfər bıçaqlandı

goycayda-toy-merasiminde-dord-nefer-bicaqlandi
Oxunma sayı: 2471


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, kənddə təşkil edilən toy mərasimində iştirak edən qonaqlar arasında baş verən kütləvi dava zamanı 1988-ci il təvəllüdlü Mustafayev Nüsrət Əfqan oğlu, 1989-cu il təvəllüdlü Yusifov Rusif Ramiz oğlu, 1993-cü il təvəllüdlü Yusifli Rüstəmxan Alxan oğlu və 1965-ci il təvəllüdlü Qorxmaz Sərxan oğlu Yusifov  bıçaqlanıb, 1987-ci il təvəllüdlü Mustafayev Nəzarət Əfqan oğlu dəmir küt alətlə döyülüb.

 Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib.

 Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.