Göyçayda xəstəxanada yanğın olub

goycayda-xestexanada-yangin-olub
Oxunma sayı: 1433

Göyçayda xəstəxanada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, rayonun hər mərtəbəsi 1250 m² olan, hazırda fəaliyyət göstərməyən üçmərtəbəli xəstəxana binasının 3-cü mərtəbəsində kağız tullantıları 15 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.