Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə iki avtomobilin toqquşması nəticəsində ölən və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
**
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Belə ki, 56 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. 25 yaşlı iki nəfər və 37 yaşlıkişi Göyçay MRX-ya çatdırılıblar. 25 yaşlı xəstənin birində aşağı ətrafların sınığı, digər xəstələrdə isə müxtəlif dərəcəli travmalar olub. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.



.jpg)
Son xəbərlər
Son Xəbərlər