Göyçayda zəncirvari qəza baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Xəlitli kəndində qeydə alınıb.
Belə ki, Aqşin İsmayılovun idarə etdiyi "Wolkswagen Passat", Nurlan Vəliyevin idarə etdiyi "VAZ-21014", Seymur Şirinovun idarə etdiyi "Mercedes Sprinter" və Şahin Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb.
Xəsarət alanların şəxsiyyətləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli



Son xəbərlər
Son Xəbərlər