Göyçayda zəncirvari qəza, yaralılar var - Fotolar

Göyçayda zəncirvari qəza, yaralılar var
Oxunma sayı: 1077

Göyçayda zəncirvari qəza baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Xəlitli kəndində qeydə alınıb. 

Belə ki, Aqşin İsmayılovun idarə etdiyi "Wolkswagen Passat", Nurlan Vəliyevin idarə etdiyi "VAZ-21014", Seymur Şirinovun idarə etdiyi "Mercedes Sprinter" və Şahin Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb.

Xəsarət alanların şəxsiyyətləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi