“Göycə” festivalından maraqlı - Fotolar

goyce-festivalindan-maraqli
Oxunma sayı: 907

Naxçıvanda “Göycə” festivalı keçirilib. “Qafqazinfo” xəbər verir ki, ikinci göycə festivalının açılışında çıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov qeyd edib ki, Naxçıvanda göycənin iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə 5-dən çox formasına rast gəlinir. 

Festivalda muxtar respublikada göycənin ən çox yetişdirildiyi Şərur, Babək, Kəngərli, Gulfa və Ordubad rayonlarından 100-dən çox bağbanın gətirdiyi 11 tondan çox göycə alçasından istifadə olunub. 

Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının maraqlı konsert proqramı ilə şənləndirilən festival sabah da davam edəcək və günün sonunda bağbanlar arasında “Ən yaxşı göycə” müsabiqəsi ilə bü mühüm tədbirə yekun vurulub.