“Göyçək” Fatimə festivala qatılacaq

goycek-fatime-festivala-qatilacaq
Oxunma sayı: 2053


 “Yeni mövsümdən yaradıcılıq işlərimlə bağlı planlarım çoxdur. Yeni rəqs nümunələri hazırlamışam. Belə ki, noyabrın ilk həftəsində Hindistanda, ikinci həftəsində isə Türkiyənin Mersin şəhərində keçirilən festivallara dəvət almışam. Hindistanda keçiriləcək festivalda “Səma” rəqs qrupu ilə birgə səhnə alacağam”.

Fətəliyeva yeni mövsümdə nəzərdə tutduğu yaradıcılıq işlərindən də söhbət açıb: 

“Nəhayət bir neçə müddətdir ki, üzərində çalışdığım “Qafqaz rəqsi”ni təqdim etdim. Sözügedən rəqsi iki qardaşla birgə ifa etmişik. Düşünürəm ki, fərqli bir rəqs nümunəsidir. Çünki bu günə qədər bu rəqsi Azərbaycanda təqdim edən olmamışdı. İlk olaraq bu rəqsə mən müraciət etdim. Rəqsin quruluşu Fərhad Vəliyevə məxsusdur”.