“Göyçək” “İlin rəqqasəsi” seçildi- - Fotolar

goycek-ilin-reqqasesi-secildi-
Oxunma sayı: 2510


Azərbaycanda “İlin rəqqasəsi” seçilən “Göyçək” ləqəbi ilə tanınan Fatimə Fataliyeva yeni mükafat almasına münasibət bildirib. “Qafqazinfo”ya açıqlama verən tanınmış rəqqasə bildirib ki, o bu nominasiya ilə illərdir ki, təltif olunur: “Bu mənim ilk mükafatım deyil. Bu günə qədər müxtəlif mükafatlara laiq görülmüşəm. Azərbaycanla yanaşı, ölkə xaricindən, bir çox ölkələrdən də mükafatlar almışam. Bu mükafatlar bir sənətçi üçün müəyyən bir stimuldur. Amma mən təltif olunduğum mükafatların əksəriyyətini mediada işıqlandırmamışam. Mənə “İlin rəqqasəsi” laiq görülənlərə isə dərin minnətdarlığımı bildirirəm. Diqqətlərinə görə var olsunlar”.

Qeyd edək ki, aprelin 3 rəqqasə Fatimənin məşhurlarla birgə çəkdirdiyi klipin təqdimatı olacaq. Məhz həmin gün F.Fataliyeva doğum günü qeyd edəcək. Gecədə sürpriz qonaqların olacağı da gözlənilir.