Göyərçini dronla xilas etdilər - Video

goyercini-dronla-xilas-etdiler
Oxunma sayı: 3469

Elektrik məftillərinə ilişən göyərçin dronla xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, qəribə xilasetmə əməliyyatı Peruda baş tutub.

Quşcuğazın ayağındakı ip məftillərə ilişib. Peru polisi onu xilas etmək üçün qeyri-adi yol seçib.

Bir bıçaq drona bağlanıb və uçurulub. Bununla bıçaqla ip kəsilib.

Yerə enən göyərçin heyvan sığınacağına aparılıb.