Göyərtəsində 139 sərnişinin olduğu bərə aşıb

goyertesinde-139-sernisinin-oldugu-bere-asib
Oxunma sayı: 980

İndoneziya sahillərində göyərtəsində 139 sərnişinin olduğu bərə aşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 12-yə çatıb. Bir neçə nəfər xilas ola bilib. 

Qeyd edək ki, insident bu gün səhər saatlarında baş verib. Qəza baş verən ərazidə axtarış – xilasetmə işləri aparılır. 

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli agentlik gəminin korpusunun sol hissəsində sızma aşkar edildiyini açıqlayıb.