Göyərtəsində 14 azərbaycanlı olan gəmi Don çayında saya oturdu

goyertesinde-14-azerbaycanli-olan-gemi-don-cayinda-saya-oturdu
Oxunma sayı: 2533

Rostov vilayətinin Azov rayonundan Türkiyənin Samsun limanına üzən gəmi Don çayında saya oturub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında olan “Florica” gəmisinin saya oturması ilə bağlı məlumat daxil olub. Gəminin göyərtəsində Azərbaycandan olan 14 ekipaj üzvü var”, - məlumatda qeyd olunub.

Bildirilib ki, gəmidə xəsarət alan olmayıb və naviqasiya pozulmayıb. Oraya kömək üçün iki yedək gəmisi göndərilib.

Qeyd edək ki, Vanuatu Melaneziyada bir dövlətdir. Sakit Okeanın cənub-qərbində yerləşir.