“Göyəzən”in oyunçusu ürək tutmasından ölüb

goyezenin-oyuncusu-urek-tutmasindan-olub
Oxunma sayı: 774

Qazax rayonunda “Göyəzən” futbol klubunun oyunçusu infarkt keçirərək ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, rayonun Xanlıqlar kənd sakini, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlu yaşadığı evdə infakt keçirib. O, xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Qeyd edək ki, Q. Sarıyev “Göyəzən” futbol klubunun oyunçusudur.