Açılış mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini Abid Şərifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,Almaniya Federativ Respublikası Parlamentinin İqtisadiyyat və energetika komissiyasının sədri Peter Ramsauer,İqtisadi əməkdaşlıq komissiyasının sədri Dagmar Vöhrl, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, Almaniya KfW Bankının ölkə direktoru David Betolaza və bankın nümayəndələri, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini Abid Şərifov çıxış edərək, Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının prioritet məqsədlərdən olduğunu bildirib.O,dövlət başçısının tapşırıqlarına uyğun olaraq, 38 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırıb, bu sahədə beynəlxalq maliyyə qurumları,o cümlədən Almaniya İnkişaf Bankı ilə uğurlu əməkdaşlığı yüksək qiymətləndirib: “Azərbaycan hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu müddətdə bank tərəfindən müxtəlif layihələrə 241,4 milyon avro kredit ayrılıb.Bu vəsaitlər iqtisadiyyatın müxtəlif sahələrinə,o cümlədən su təchizatı və kanalizasiya sektoruna ayrılıb.Hazırda 250 milyon avro məbləğində əlavə kreditlərin ayrılması üzrə danışıqlar davam etdirilir”.
Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin içməli su təchizatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə şəhər sakinləri adından Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib və bu layihənin şəhərin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.
Almaniya Federativ Respublikası Parlamentinin İqtisadi əməkdaşlıq komissiyasının sədri Dagmar Vöhrl iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini,Almaniyanın bundan sonra da, infrastruktur layihələrinin icrasında yaxından iştirak edəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər