Göygöl milli parkının yaranması günü ilə əlaqədar aprelin 1-də milli parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.
Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Göygöl milli parkının mənzərəli təbiətini görmək istəyən hər kəs parka dəvətlidir.
Qeyd edək ki, Göygöl milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb.
Son xəbərlər
Son Xəbərlər