Göygöl rayonunda 73 kq partlayıcı maddə aşkarlanıb

goygol-rayonunda-73-kq-partlayici-madde-askarlanib
Oxunma sayı: 1127

Bu gün saat 12:04-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub.
 
ANAMA-dan “Qafqazinfo”ya verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
 
Ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində 34 polietilen və 3 karton bağlamada ümumi çəkisi 73 kq (TNT ekvivalenti 75.19 kq) olan partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunub.
 
Partlayıcı maddə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.