Göygöl sakini minaya düşərək həlak oldu

goygol-sakini-minaya-duserek-helak-oldu
Oxunma sayı: 4536

Göygöl rayonunda bir kənd sakini minaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Bənövşəli kəndində bir nəfər minaya düşüb.

Kəndin yaylağında 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşərək həlak olub. Həlak olan şəxsin çoban olduğu bildirilib.

Murad Əhməd