Göygöl sakinində silah aşkarlanıb - Foto

goygol-sakininde-silah-askarlanib
Oxunma sayı: 1121

Göygöl rayonunda kənd sakininin evindən silah-sursat tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Topalhəsənli kənd sakini, Mərdan Həsənovun kənddə yaşadığı evə Göygöl RPŞ əməkdaşları tərəfindən baxış keçirilən zaman oradan 1 ədəd, “Karabin” markalı yivli odlu silah və həmin silaha aid 29 ədəd patron aşkar olunaraq aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.