“Göygöl Şərab Zavodu” koronavirusla mübarizəyə 300 min ayırdı

goygol-serab-zavodu-koronavirusla-mubarizeye-300-min-ayirdi
Oxunma sayı: 2785

Azərbaycanın içkilər istehsal edən ən qədim müəssisəsi olan “Göygöl Şərab Zavodu” ASC dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

“Qafqazinfo” xəbər verir ki, Göygöl Şərab Zavodu koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 000 manat vəsait köçürüb.

“Göygöl Şərab Zavodu” ASC Azərbaycanın 160 illik tarixə malik şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. Şirkət məhsullarını "Xan" ticarət nişanı ilə istehsal edir. Həmçinin, “Göygöl Şәrab Zavodu” Azərbaycanın ən böyük spirt zavodudur.