Göygöldə 13 yaşlı uşaq çaya düşüb boğuldu

goygolde-13-yasli-usaq-caya-dusub-boguldu
Oxunma sayı: 3049

Göygöldə 13 yaşlı oğlan çayda boğulub.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Pənahlılar kəndində baş verib.

Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Ömər kəndin yaxınlığındakı çayın üzərindən inəyi keçirən zaman körpüdən düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli