Göygöldə 20 yaşlı oğlan qətlə yetirildi

goygolde-20-yasli-oglan-qetle-yetirildi
Oxunma sayı: 2033

Göygöldə qətl hadisəsi törədilib.

“Qafqazinfo” xəbər verir ki, 1997-ci il təvəllüdlü Cəlal Apiyev 2002-ci il təvəllüdlü Cavid Məmmədovu bıçaqlayıb.

4 bıçaq zərbəsi alan 20 yaşlı gənc xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.