Göygöldə 90 yaşlı qadın və qızının meyiti tapıldı

goygolde-90-yasli-qadin-ve-qizinin-meyiti-tapildi
Oxunma sayı: 2280

Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Rövşən Nəsibov küçəsində yerləşən binadakı mənzillərdən birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün Fərman qızı və anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə Hüseyn qızının meyiti aşkarlanıb.

İlkin araşdırmalar zamanı A.Məmmədovanın 90 yaşlı anasını hamamda çimizdirərkən ikisinin də dəm qazından zəhərlənməsi və bu səbəbdən ölmələri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.