Göygöldə ağır qəza - 6 yaralı

goygolde-agir-qeza-
Oxunma sayı: 1840

Göygöldə, Gəncə-Toğana avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, VAZ 2107 markalı avtomobillə “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində 6-7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Yaralıların şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib.