Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib.
"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Yeni Qızılca kəndində "QAZel" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöldə iki avtomobilin toqquşması nəticəsinsə bir qadın sərnişin ölüb.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygölün Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Ford" markalı yük avtomobilinin ZİL markalı yük avtomobilinə çırpılması nəticəsində "Ford"da olan bir sərnişin, 34 yaşlı Orucova Aidə hadisə yerində ölüb. Digər sərnişin Südabə Həsənova və onun azyaşlı övladı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli

Son xəbərlər
Son Xəbərlər