Göygöldə ağır qəza, ölən və yaralananlar var - Yenilənib

goygolde-agir-qeza-olen-ve-yaralananlar-var
Oxunma sayı: 2790

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun xəbərinə görə, rayonun Aşıqlı kəndində hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 

***

Göygöldə baş verən qəzada ölən və xəsarət alan şəxslərin adları məlum olub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Goranboy rayonu, Ağamalı kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Elməddin Razim oğlu idarə etdiyi "Qaz 25"markalı avtomobilin əyləc sistemində problem yarandığı üçün idarəetməni itirərək qaz borusuna çırpılıb. 

Qəza nəticəsində sürücü E.Novruzovun arvadı, 1991-ci il təvəllüdlü Dürdanə Namazova vəfat edib. D. Namazovanın anası 1959-cu il təvəllüdlü Namazova Gülnaz Məsim qızı və Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Namazova Turanə Fazil qızı xəsarət alıb. 

Murad Əhməd

Elmar Əli