Göygöldə ağır qəza - Ölən və yaralananlar var+Yenilənib

goygolde-agir-qeza
Oxunma sayı: 2069

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yeni Zod kəndindən rayon istiqamətində gedən yolda qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hərəkətdə olan VAZ 2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb:

“Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri ölüb, 3 nəfər xəsarət alıb. Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkəti bərpa ediblər. Hadisə iştirakçılarının kimliyi müəyyənləşdirilir”.

***

Göygöldə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin adları açıqlanıb.

Belə ki, 1990 -cı il təvəllüdlü Aslanova Bəsdi dünyasını dəyişib. Qəza zamanı 1988-ci il təvəllüdlü Elmir Yusibov, 1999-cu il təvəllüdlü Bayram  Hacıyev, 2007-ci il təvəllüdlü Xudayar  Rəfiyev və 1997-ci il təvəllüdlü Aişə Hacıyeva isə xəsarət alıb.

Amin Nəzərli