Göygöldə ağır yol qəzası olub - Ölən var

goygolde-agir-yol-qezasi-olub
Oxunma sayı: 1651

Göygöldə 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mirkoavtobusla “QAZ” markalı yük maşını toqquşub.

Qəza zamanı 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb.

Xəsarət alanlar isə Şəmkir rayonun Mahmudlu kənd sakinləri 1985-ci il təvəllüldü Vüsal Babayev, 1965-ci il təvəllüdlü Xalidə İsayeva, 1972-ci il təvəllüdlü Xudayar Musayev, 1993-cü il təvəllüdlü Anar Qasımov və 2004-cü il təvəllüdlü Elşanə Musalıdır.

Onların xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev