Bu gün Göygöldə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində baş verib.
"VAZ 2107" və "VAZ 21015" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hazırda yaralılar xəstəxanaya aparılır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər