Göygöldə bıçaqlanan məktəblinin vəziyyəti necədir?

goygolde-bicaqlanan-mekteblinin-veziyyeti-necedir
Oxunma sayı: 1372

Göygöl rayonunda bıçaqlanan məktəblinin son vəziyyəti açıqlanıb. 

Bu haqda “Qafqazinfo”ya Gəncə Birləşmiş Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının həkimi Adil İbrahimov bildirib.

Onun sözlərinə görə, məktəbliyə ilkin tibbi yardım göstərilib:

“Xəstəyə ilkin tibbi yardım göstərdik. Bir bıçaq xəsarəti idi. Yarası bir qədər dərin olub. Yara tikildi, qanaxma dayandırıldı. Hazırda vəziyyəti stabildir”.

Yunis Quliyev