Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə Gəncə Daşkəsən avtomobil yolunun Göygölün Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ011" və "VAZ2106" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Ölən sərnişin Qızılca kənd sakini, 70 yaşlarında Quliyeva Qənifə Aslan qızıdır.
Sürücülər - Gəncə sakini 1985-ci il təvəllüdlü Abbasov Elməddin Zahir oğlu və Qızılca kənd sakini, 1987-ci il təvəllüdlü İsaqov Şamo İntizam oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Elmar Əli

Son xəbərlər
Son Xəbərlər