Göygöldə maşın aşdı, polis əməkdaşı yaralandı

goygolde-masin-asdi-polis-emekdasi-yaralandi
Oxunma sayı: 1139

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, Göygöl-Toğanalı avtomobil yolunda hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində rayon Polis Şöbəsinin əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bundan başqa, daha iki nəfərin xəsarət aldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli