Göygöldə meşə yanğını söndürüldü - Foto+Yenilənib

Göygöldə meşə yanğını söndürüldü
Oxunma sayı: 1252

Göygöldə meşədə yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Gəncə kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, 2 hektardan artıq meşə massivində yanğın başlayıb.

Hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb olunub. Meşə ərazisinin hansı səbəbdən yandığı hələlik məlum deyil.

Elmar Əli

***

Göygölün Gəncə kəndi ərazisində olan meşəlikdə baş vermiş yanğın söndürülüb.

"Qafqazinfo" xəbər verir ki, ümümi sahəsi 2 hektardan çox meşəliyin 0.5 hektara yaxın ərazisini əhatə edən yanğın söndürülüb və yanğının meşəlik əraziyə tam keçməsinin qarşısı alınıb. Yanğın zamanı iri və xırda gövlədi ağaclar və kol-kos yanıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi