Göygöldə meşədə öldürülən şəxsin kimliyi və qatili məlum oldu - Yenilənib

goygolde-mesede-oldurulen-sexsin-kimliyi-ve-qatili-melum-oldu
Oxunma sayı: 3857

Göygöldə bir nəfər şəxs bıçaqlanaraq qətlə yetirilib.

“Qafqazinfo” Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Göygöl rayonunun Mirzi kəndi ərazisindəki meşədə üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb.

Öldürülən şəxsin hələlik kimliyi məlum deyil. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetiliməsi araşdırılır.

Meyit Məhkəmə Tibbi Ekspertiza Ve Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

 

***

APA-nın məlumatına görə, Göygöldə meşədə meyiti tapılan şəxsin kimliyi məlum olub. Yanvarın 10-da rayonun Şəhriyar kəndi yaxınlığında bıçaqlanaraq qətlə yetirilən şəxsin, rayonun Şəhriyar kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Rəşad Qəşəm oğlu olduğu müəyyən edilib. 


Onun öz həmkəndlisi tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılıb.