Göygöldə mikroavtobus qəzaya düşdü, xəsarət alanlar var

goygolde-mikroavtobus-qezaya-dusdu-xesaret-alanlar-var
Oxunma sayı: 1053

Göygöldə mikroavtobus qəzaya düşüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə zamanı sərnişindaşıyan mikroavtobusla minik avtomobili toqquşub. İlkin məlumata görə, hadisədə 1996-cı təvəllüdlü Seymur Mirzəyev, 2002-ci il təvəllüdlü Mirhüseyn Əliyev və 1962-ci il təvəllüdlü Kəmalə Vəliyeva xəsarət alıb. Qadının vəziyyəti normal, digərlərinin durumu isə kafi və orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev