Göygöldə Polis Günü qeyd edildi - Fotolar

goygolde-polis-gunu-qeyd-edildi
Oxunma sayı: 7451

Göygöl rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, bayram tədbirinin iştirakçıları əvvəlcə şəhidlərimizin məzarını ziyarət edib, daha sonra Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsi ehtiramla yad edilib. Tədbirin rəsmi hissəsində daxili işlər naziri, geneal- polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbrik teleqramı oxunub.

Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev şəxsi heyəti və qonaqları salamlayaraq, Azərbaycan polisinin, o cümlədən Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçdiyi şərəfli yoldan ətraflı danışıb.

Daha sonra çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov təbrik nitqində bildirib ki, Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bu günkü nəsil üçün örnək olan bir yoldur. Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.