Göygöldə qəza - Yaralılar var

goygolde-qeza
Oxunma sayı: 1374

Göygöldə sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə,  hadisə Göygöl şəhərinin Toğanalı kəndi istiqamətində olan çıxışında baş verib.

Hərəkətdə olan “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində sürücü və sərnişin ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.