Göygöldə qəzada 1 yaşlı qız öldü, 2 azyaşlı yaralandı - Yenilənib

goygolde-qezada-1-yasli-qiz-oldu-2-azyasli-yaralandi
Oxunma sayı: 1266

Göygöldə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Göygöl şəhərinin çıxışında, Rayon Mərkəzi Xəstəxanasının qarşısında baş verib.

Hərəkətdə olan “Hyundai” və “VAZ- 2106” markalı avtomobillərin toqquşması nəticəsində 1 yaşlı Bahar Elnur qızı Hüseynzadə, 2 yaşlı Uğur Seymur oğlu Hüseynzadə və başqa bir azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Bir yaşlı Bahar Hüseynzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Elmar Əli