Göygöldə qəzada maşın iki yerə bölündü, yaralılar var - Fotolar

goygolde-qezada-masin-iki-yere-bolundu-yaralilar-var
Oxunma sayı: 2459

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində maşınlardan biri iki yerə bölünüb. Hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü - 1972-ci il təvəllüdlü Tağıyev Eldar və “NİVA”nın sürücüsü, 1982-ci il təvəllüdlü Zeynalov Elmir xəsarət alıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.