Göygöldə sərxoş kişi körpüdən yıxılıb yaralandı

goygolde-serxos-kisi-korpuden-yixilib-yaralandi
Oxunma sayı: 642

Göygöl sakini körpüdən yıxılaraq xəsarət alıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xəqani kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Asif Xanlar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib, vəziyyəti ağırdır. A. Xəlilov sərxoş vəziyyətdə kəndin yaxınlığında olan körpüdən yıxılaraq ağır xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.