Göygöldə vurulan piyada öldü

goygolde-vurulan-piyada-oldu
Oxunma sayı: 1062

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza avqustun 27-də saat 21 radələrində qeydə alınıb. 

Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ş.İbrahimov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Yetirən Həsənovu vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.