Göygöldə “zapravka”nın qarşısında qəza, ölən var - Yenilənib

goygolde-zapravkanin-qarsisinda-qeza-olen-var
Oxunma sayı: 1485

Göygöl rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə təxminən bir saat əvvəl rayonun girişində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. “QAZ 31” və “VAZ 2104” markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən şəxsin kimliyi müəyyənləşib. O, “VAZ-2104” markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Hüseynov Elşən Abbas oğludur. 

Xəsarət alanlar isə Süleymanova Nərminə və Şükürov Elnurdur.

Murad Əhməd