Bu barədə “Qafqazinfo”ya təşkilatın mətbuat xidmətindən məlumat verilib. G. Ottinger alman qonaqları Bakıda görməkdən şad olduğunu bildirib və Göygölə səfər təəsüratı ilə maraqlanıb. Avropalı enerji komissarı bildirib ki, o, Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri olarkən Milli Məclisin deputatları Rövşən Rzayevin və Fuad Muradovun dəvəti ilə 2009-cu ildə Göygöl rayonunun 190 illik yubileyində iştirak edib.
Gunter Ottinger qeyd edib ki, Azərbaycan-alman tarixi dostluğunu özündə yaşadan Göygöl şəhəri iki xalq arasında mədəni əlaqələrdə mühüm körpü rolunu oynayır. O, Göygöldəki alman tarixi-mədəni irsinə ehtiramla yanaşıldığını xüsusi vurğulayıb. Almanlar Göygöllə bağlı böyük təəssüratları olduqlarını deyiblər və Azərbaycanda tolerantlıq ənənələrinin şahidi olduqlarını qeyd ediblər.
Qeyd edək ki, Almaniyanın Ştutqart şəhərinin musiqi məktəblərinin 20 –dək şagird və müəllimləri bir həftə ərzində Göygöl rayonunda səfərdə olub. Onlar əsas almanlar tərəfindən 1819-cu ildə salınmış Göygöl rayonu ilə tanış olub və şəhərin tarixi yerlərini gəziblər.
2011-ci ildə Göygöl musiqi məktəbinin bir qrup şagirdi Ştutqard şəhərində səfərdə olub.
Son xəbərlər
Son Xəbərlər