Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

gozden-elil-abituriyentler-ucun-20-plan-yeri-ayrilib
Oxunma sayı: 738

2019/2020-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2019-cu il iyulun 29-dan avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:

• Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;

• Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);

• “Abituriyentin elektron ərizəsi”.

Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.

Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.