İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ictimai şəkildə Fransanın birinci xanımını prezident Emmanuel Makronun "anası" kimi təqdim edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Berluskoni prezidentlə birinci xanım arasındakı yaş fərqinə toxunaraq Makronu “onu əlindən tutub gəzdirən gözəl ananın gözəl oğlu” deyə xarakterizə edib.
Qeyd edək ki, 80 yaşlı italiyalı siyasətçi özü iki dəfə evli olub. Tez-tez xeyli gənc qadınlarla adı hallanan Berluskoni hazırda 31 yaşlı Françeska Paskale ilə sevgilidir.

Son xəbərlər
Son Xəbərlər