“Gözəl görünəndə Elton məni qısqanır”

gozel-gorunende-elton-meni-qisqanir-
Oxunma sayı: 5061


"Qafqazinfo" xəbər verir ki, prodüser Axşam.az-a açıqlamasında ifaçının ona qoyduğu qadağalardan danışıb:

“Ailə qurduğumuz gündən geyimimə diqqət edirəm. İstəmirəm Elton nədəsə mənə irad tutsun. Hətta gəlinliyim də qapalı olub. Çox gözəl görünəndə Elton məni qısqanır. Çox imanlıdır, təbii gözəlliyə üstünlük verir. Əvvəl dırnaqlarımın uzun olmasını irad tuturdu, xoşlamırdı. Amma sonra buna da öyrəşdi. Bir də mən Eltonun yanında ətir vurmuram. Xoşlamır... Eltonla harasa gediriksə, evdən çıxmazdan on dəqiqə əvvəl ətirlənirəm ki, qoxusu yayılsın. Elton üçün xanımının makiyajlı, bəzəkli olması yox, təmizkarlığı önəmlidir. Ailəli xanım hər zaman səliqəli geyinməli, ərinin gözünə xoş görünməlidir. Şərt o deyil ki, hər gün salona gedib dəbdəbəli geyinəsən. Evdə də gözəl görünmək üçün nələrsə edə bilərsən”.