Yanaqlara ənliyi çəkən zaman mütləq üz quruluşuna diqqət yetirilməlidir. Bunun üçün isə adi bir qələmdən istifadə etmək olar. Belə ki, qələmi almacıq sümüyünün altına qoyub hüdudları təyin edin.
Kölgəli göz makyajı üçün fotoda gördüyünüz kimi xətlər çəkib fırça vasitəsi ilə yayın. Bu halda kölgənin miqdarını nizamlayacaqsınız.
Kirpikləri boyadığınız zaman göz qapağının qaralması xoşagəlməz vəziyyətdir. Bu halın qarşısını almaq üçün adicə qaşıqdan istifadə edə bilərsiniz.
Dodaq boyasının daha uzun müddət qalması üçün dodağınıza incə salfet qoyub üstünə pudra çəkin.
Kirpiklərinizin daha yaxşı qatlanması üçün kirpik qatlayanı bir az qızdırın. Bu halda daha tez nəticə əldə edəcəksiniz.
Dırnaq boyasının daha parlaq qalmasını istəyirsinizsə, limon suyundan istifadə edin.
Tonik olaraq alma sirkəsindən istifadə etmək daha məsləhətdir.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər