“İlk dəfə meyxanaçılıqdan yox, dülgərlikdən pul qazanmışam". "Qafqazinfo" xəbər verir ki, bu sözləri meyxanaçı Pərviz Bülbülə Lent.az-a müsahibəsində deyib. O bildirib ki, gözəl mebel yığmağı bacarır:
"Elə indi də bacarıram. Amma dülgər işlədiyim dövrdə meyxana deməyi də sevirdim. Sadəcə istəmirdim ki, pul müqabilində meyxana deyim. Pulumu dülgərliklə qazanırdım, meyxananı isə sevdiyimə görə deyirdim. Ta o vaxta qədər ki, meyxana özü mənə dedi ki, daha bəsdir, dülgərliyi bir kənara qoy. 13-14 yaşımdan meyxana deyə bilirdim. İndi də çox istərdim ki, balaca bir məkanım ola, özüm dülgərlik edim. Burada eyib bir şey yoxdur, mən bu sənətdən çörək qazanmışam. Meyxanadan ilk qazandığım pul isə mənə çox qəribə gəldi”.
Son xəbərlər
Son Xəbərlər