“Gözəl mübarizə apardıq”

gozel-mubarize-apardiq
Oxunma sayı: 775

Azərbaycan Premyer Liqasında XIV turun “Qarabağ” – “Keşlə” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma barədə fikirlərini bildirib.

"Qafqazinfo" xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə bunları deyib:

"İtkilərə rəğmən komandadan mübarizəli oyun gözləyirdim. Ancaq bu qədər gözəl oyuna təəccübləndim. 3 əsas oyunçumuz yox idi. Nəticədən çox oyun və Xəzər Mahmudovun debüt matçında yaxşı mübarizəsi sevindirdi. Yolumuza davam edirik. Vacib xal qazandıq. Fasiləyə yaxşı əhval-ruhiyədə getmək istəyirdik. Buna nail olduq. Futbolçular və azarkeşləri təbrik edirəm. Gözəl mübarizə apardıq".