“Gözəl ürəyin varsa, hekayən də xoşbəxt bitəcək...”

gozel-ureyin-varsa-hekayen-de-xosbext-bitecek
Oxunma sayı: 2438

Bir müddətdir efirlərdən uzaq gəzən müğənni Günay İbrahimli sosial şəbəkədə paylaşımları ilə diqqət çəkir. “Qafqazinfo” xəbər verir ki, son günlər fotolarına maraqlı şərhlər verən sənətçi müzakirələrə səbəb olacaq mövzulara toxunur.

Günay postlarında izləyicilərinə məsləhətlər verir, bəzən şou-biznes üzvlərinə söz atır, özünü həmkarlarından üstün tutur və fərqli olduğunu yazır: “Fərqli olmağa çalışmaq insanı fərqli etməz... Rəftarın, tərzin, hədəfin, cizgin, sevgin, ulduz işığın olsun... Amma özün kimi olmaq ən böyük fərqindir”.

Digər bir paylaşımda İbrahimli ürəyinin gözəlliyini vurğulayıb: “Üstü rəngli, altı boz dünya...Hərdən səhv misraları poz dünya.. Ama nə deyirsən, de, gözəl ürəyin varsa, onsuz da  hekayən xoşbəxt bitəcək”.

Bundan əlavə, o, bir statusunda keçmişi ilə vidalaşdığını qeyd edib: “Hərdən geridə qoyduqlarına baxmamaq üçün gəzməyə çıx. Qarşıdan gələni görməmək üçün eynək tax! Ağzının dadı pozulmasın deyə qəhvəni yudumla, ətrafı boş ver”.

Günay sonuncu fotosuna yazdığı rəydə ulduz olduğunu bir daha vurğulayıb: “Ulduz kimi parlayan gözlərində bir məna var. Hər baxışın, gülüşün, daş qaşın “ulduz sənsən” deyir. Hər addımında çox düşün- daşın. Çünki parlaq görünən ulduzluğundan öncə gəlir ağıllı başın”.